...

Hacıqabulda göyərçin oğrusu tutulub

Hadisə Materials 4 Fevral 2015 12:45 (UTC +04:00)
Hacıqabul rayon sakininin həyətindən göyərçinləri oğurlamış şəxs tutulub.
Hacıqabulda göyərçin oğrusu tutulub

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Hacıqabul rayon sakininin həyətindən göyərçinləri oğurlamış şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 2-də Hacıqabul rayon sakini Əli Mirzəyevin həyətindən 50 göyərçin oğurlanıb.

Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini oğurluq əməlini törətmiş Şahmar Babakişiyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti