...

Bakıda 15 yaşlı yeniyetmə parkda bıçaqlandı

Hadisə Materials 9 Fevral 2015 12:10 (UTC +04:00)
Bakıda parkda 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.
Bakıda 15 yaşlı yeniyetmə parkda bıçaqlandı

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda parkda 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 7-də saat 19 radələrində, Hüseyn Cavid prospektində yerləşən parkda Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Eltac Allahverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirilib.

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Gündüz İmanov tutulub.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti