Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/
Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, bu gün saat 16:20 radələrində, Nərimanov rayonu, Xətai küçəsi, 38 ünvanında yerləşən çoxmərtəbəli binanın şaxtasında elektrik kabellərinin alışması nəticəsində yanğın baş verib.
Hadisə yerinə 3 yanğınsöndürülmə briqadası cəlb edilib. Yanğın təxminən saat 17:05-də söndürülüb.
Hazırda elektrik kabellərində baş verən alışmanın səbəbləri araşdırılır.