...

Bakıda şüşə sexində yanğın baş verib

Hadisə Materials 22 Fevral 2015 20:53 (UTC +04:00)
Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakıda şüşə sexində yanğın baş verib

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 100 kv.m şüşə istehsalat sexində həcmi 100 tonluq şüşə əritmə sobasında texniki işlər aparılan zaman qazanxanaya dağılmış ərimiş şüşə 20 kv.m sahədə yanmışdır.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəbər lenti

Xəbər lenti