...

Mingəçevirdə xeyli hərbi sursat tapılıb

Hadisə Materials 12 Mart 2015 13:31 (UTC +04:00)
Mingəçevir şəhəri ərazisindən xeyli hərbi sursat tapılıb.
Mingəçevirdə xeyli hərbi sursat tapılıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/

Mingəçevir şəhəri ərazisindən xeyli hərbi sursat tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mühafizə İdarəsinin Mingəçevir Şəhər Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 3 ədəd qumbara, 88 ədəd müxtəlif çaplı patron və 4 ədəd patron darağı tapılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti