Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Bakıda növbəti piyada ölümü baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 10-u saat 21:30 radələrində Moskva prospektində Bakı şəhər sakini Rusif Pərviz oğlu Hacıyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə piyada vurub. Ağcəbədi rayon sakini olan piyada Cahid Elyar oğlu Rüstəmov xəstəxanada ölüb.