Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlkin İzzət/
Cəlilabad rayon sakini saxta attestat hazırlayıb satdığı üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Hacıağa Ağayev Elnur Abdullazadənin adına Cəlilabad rayonu Soltankənd orta məktəbinin məzunu olması barədə saxta attestat hazırlayıb satdığı üçün saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.