Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İlkin İzzət/
Qohumunu qətlə yetirməkdə şübhəli bilinən Buzovna sakini axtarılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 17-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Vamiq Aslanov evində ailə-məişət münaqişəsi zəminində qohumu Nigar Məlikliyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə N.Məlikli ölüb.
Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.