...

Rusiyada ermənilərin öldürdüyü azərbaycanlı futbolçunun cənazəsi Vətənə gətirilib (FOTO)

Hadisə Materials 21 Aprel 2015 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Ötən gün Rusiyada ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlının cənazəsi Vətənə gətirilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən 27 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynov bu gün Qazaxın Fərəhli kəndində dəfn edilib. İki gün öncə adıçəkilən şəhərdə kafelərin birində Azərbaycan musiqisi üstündə düşən insident sonda E.Hüseynovun bıçaqlanaraq qətlə yetirilməsi ilə nəticələnib. Araşdırmalar nəticəsində məlum olub ki, hadisəni törədib qaçan qatillər miliyyətcə erməni olan iki qardaş Tiqran və Andranik Çiçakyandır.

Hüquq-mühafizə orqanları qətldə iştirak edən 5 nəfəri saxlayıb.

Qeyd edək ki, E.Hüseynov gənc yaşlarından Azərbaycanın "Neftçi", "Abşeron" və hazırda fəaliyyətini dayandıran "Karvan" futbol klublarında yarımmüdafiəçi mövqeyində çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti