...

Bakıda 21 yaşlı gənc dənizdə batıb

Hadisə Materials 28 İyun 2015 13:02 (UTC +04:00)
Bakıda 21 yaşlı gənc dənizdə boğulub.
Bakıda 21 yaşlı gənc dənizdə batıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda 21 yaşlı gənc dənizdə boğulub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə, sularda xilasetmə məntəqəsindən, təxminən 700 m solda, nəzarət olunmayan ərazidə 1994-cü il təvəllüdlü Məmmədov Pərviz Nazim oğlu batıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar. P.Məmmədovun cəsədi batdığı yerdən, təxminən, 400 metr məsafədən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:20-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti