...

Beyləqanda vətəndaşın 35 ton otu yanıb

Hadisə Materials 7 İyul 2015 09:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Beyləqanda vətəndaşa məxsus evin həyətyanı sahəsində 35 ton ot yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Beyləqan rayonu, Eyvazalılar kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 35 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın saat 05:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti