...

Gəncədə çay evində yanğın olub

Hadisə Materials 15 İyul 2015 10:00 (UTC +04:00)
Gəncə şəhəri, Kəpəz rayonunda çay evi yanıb.
Gəncədə çay evində yanğın olub

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Gəncə şəhəri, Kəpəz rayonunda çay evi yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda üçmərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m çay evində (74 kv.m sahədə çay evi və 16 kv.m sahədə pivəxana, arakəsməsi qarğıdan ibarət) arakəsmə, pivə masası 16 kv.m sahədə və pivə aparatı yanıb.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti