Azərbaycan, Bakı, 30 iyul /Trend/
Sumqayıt dəniz çimərliyində tanışını xilas etmək istəyən şəxs özü suda boğulub.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 29-da Sumqayıt dəniz çimərliyində Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə tanışları - Beyləqan rayon sakinləri Nuranə Musayevanı və bacısı Gülbənizi boğulmaqdan xilas etməyə cəhd göstərib.
Hadisə zamanı N.Musayeva və Q.Muradov boğulub, xilas edilmiş Gülbəniz isə xəstəxanaya yerləşdirilib.