Azərbaycan, Bakı, 12 avqust /Trend/
Münaqişə zəminində həmkəndlisi Qazıməhəmməd İbrahimova bıçaqla xəsarət yetirmiş Zaqatala rayon sakini Günel İsgəndərova tutulub.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 11-də Zaqatala rayonunun Üçüncü Tala kəndində yaşayan G.İsgəndərova evinin həyətində münaqişə zəminində həmkəndlisi Q.İbrahimova bıçaqla xəsarət yetirib.
Məlumatda bildirilir ki, Q.İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb.
Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.İsgəndərova tutulub.