Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlkin İzzət/
Şəmkir rayonunda iki azyaşlı elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 19-da Şəmkir rayonunun Seyfəli kəndində yaşayan azyaşlılar - Qafqaz Zeynalov və Valeh Qasımov evlərində elektrik cərəyanı vurması nəticəsində ölüblər.