...

İrandan gələn azərbaycanlıdan psixotrop maddə və narkotik vasitə aşkar olunaraq götürülüb

Hadisə Materials 26 Avqust 2015 12:06 (UTC +04:00)
İrandan gələn azərbaycanlıdan psixotrop maddə və narkotik vasitə aşkar olunaraq götürülüb.
İrandan gələn azərbaycanlıdan psixotrop maddə və narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İlkin İzzət/

İrandan gələn azərbaycanlıdan psixotrop maddə və narkotik vasitə aşkar olunaraq götürülüb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə"gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Nemət Sultanov gömrük nəzarətindən keçən zaman ondan hər bir konvalyutda 20 ədəd həb olmaqla 5 konvalyut "Clonazepam 2" adlı dərman preparatı aşkar edilib.

Bundan başqa, N.Sultanovun əl yüklərinə baxış zamanı yuyucu toz qutusunun içərisindən 1 ədəd bükümdə, xalis çəkisi 48,5 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Xatırladaq ki, vətəndaş N.Sultanovdan aşkar edilən "Clonazepam 2" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir və 100 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti