...

Qardaşı vəfat edən şəxs həkimi döydü (VİDEO)

Hadisə Materials 29 Avqust 2015 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Mingəçevir şəhərində vəfat edən şəxsin qardaşı həkimə hücum edərək ona ağır bədən xəsarətləri yetirib. Bu barədə Trend Region TV-yə istinadən xəbər verir.

Mingəçevir şəhər sakini, 47 yaşli Bilal İlyasovun vəziyyəti ürək xəstəliyi ilə əlaqədar qəflətən pisləşdiyi üçün onun yaxınları Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimini evə dəvət ediblər. Həkim xəstəyə ilkin tibbi yardım göstərsə də, xəstə dünyasını dəyişib. Mərhumun qardaşı Fəxrəddin İlyasov həkim Mikayıl Əliyevə hücum edərək xəstənin ölümündə onu günahlandırıb və həkimin baş və bədən nahiyəsinə yumruq zərbələri endirib. Həkim gözündən ağır xəsarət alıb.

Mərkəzi Şəhər Xəstəxanasında tibbi yardım alan həkim hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti