...

Neftçalada ev yanıb

Hadisə Materials 2 Sentyabr 2015 09:40 (UTC +04:00)
Neftçalada yaşayış evində yanğın baş verib.
Neftçalada ev yanıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Elmir Murad/

Neftçalada yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Kürkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün və bitişik ümumi sahəsi 5 kv.m olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanaraq sıradahn çıxıb.

Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində otaqları yanğından mühafizə etmək mümkün olub.

Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti