...

Bakıda ölümə səbəb olub qaçan sürücü tutulub

Hadisə Materials 7 Sentyabr 2015 10:41 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü müəyyən edilərək tutulub.
Bakıda ölümə səbəb olub qaçan sürücü tutulub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü müəyyən edilərək tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, DİN Növbətçi Hissələrin İdarəetmə Xidməti, Təhlükəsiz Şəhər Xidməti, Yasamal RPİ İstintaq Şöbəsi, Cinayət Axtarış Şöbəsi və yol polisi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində, sentyabrın 5-də saat 02:20 radələrində Yeni Dairəvi yolda Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Mehman Arif oğlu Qədimovun idarə etdiyi "Suzuki" markalı motosikletlə toqquşaraq ölümə səbəb olan, hadisə yerindən yayınan naməlum sürücünün Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Cahangir Həsənbala oğlu Hüseynov olduğu, avtoqəzanı idarə etdiyi "Toyota-Corolla" markalı avtomobillə törətdiyi müəyyən olunaraq saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti