...

Atatürk prospektində zəncirvari qəza baş verib, tıxac yaranıb (FOTO)

Hadisə Materials 16 Sentyabr 2015 09:37 (UTC +04:00)
Atatürk prospektində - metronun "Azadlıq" stansiyasına gedən istiqamətdə zəncirvari qəza baş verib.
Atatürk prospektində zəncirvari qəza baş verib, tıxac yaranıb (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Atatürk prospektində - metronun "Azadlıq" stansiyasına gedən istiqamətdə zəncirvari qəza baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza nəticəsində 3 avtomobil toqquşub.

Hadisə nəticəsində ərazidə tıxac yaranıb.

Hazırda ərazidə Dövlət Yol Polisi əməkdaşları tərəfindən hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti