...

Bakıda taksi sürücüsünü soydular

Hadisə Materials 16 Sentyabr 2015 10:46 (UTC +04:00)
Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq etmiş şəxs tutulub.
Bakıda taksi sürücüsünü soydular

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq etmiş şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 2-də saat 21 radələrində Nizami rayonu ərazisində taksi faliyyəti ilə məşğul olan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Mehrab Muradova məxsus "Mercedes E-240" markalı avtomobilə sərnişin qismində əyləşərək soyğunçuluq yolu ilə 17 manat pulu və mobil telefonu talamaqda şübhəli bilinən İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Nahid İbrahimov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti