...

Bakıda daha bir nəfər avtomobil qəzasının qurbanı oldu

Hadisə Materials 5 Oktyabr 2015 11:18 (UTC +04:00)
Bakının Səbail rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bakıda daha bir nəfər avtomobil qəzasının qurbanı oldu

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakının Səbail rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Neftçilər prospektində qeydə alınıb.

Qazax rayon sakini Azər Mehrəliyev idarə etdiyi "Toyota-Avalon" markalı avtomobillə Şəki rayon sakini 1944-cü il təvəllüdlü Laçın Mustafayevi vurub.

Hadisənin baş verməsi nəticəsində xəsarət alan L.Mustafayev Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. L.Mustafayev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti