...

Avtomobilin idarəetməsini itirən sürücü qəzada öldü

Hadisə Materials 5 Oktyabr 2015 11:33 (UTC +04:00)
Sabunçu rayonunda yol qəza hadisəsi qeydə alınıb.
Avtomobilin idarəetməsini itirən sürücü qəzada öldü

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Elmir Murad/

Sabunçu rayonunda yol qəza hadisəsi qeydə alınıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qəza Zabrat-Kürdəxanı şossesində baş verib.

Qəsəbə sakini 1986-cı il təvəllüdlü Əmir Əmirov idarə etdiyi "VAZ-2106" markalı avtomobilin idarəetməsini itirərək onu maneəyə vurub.

Hadisənin baş verməsi nəticəsində xəsarət alan Ə.Əmirov 3 saylı xəstəxanaya yerləşdirilib. Ə.Əmirov xəstəxanada dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti