Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Azər Niftiyev/
Azərbaycan Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bugün səhər saat 05:13-də Şəki şəhərindən 30 km cənub-şərqdə Oğuz rayonun ərazisində, 15 km dərinlikdə 4 maqnituda gücündə zəlzələ qeydə alınıb.
İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.