...

Gəncədə avtomobil qəzası baş verib, iki nəfər yaralanıb (YENİLƏNİB)

Hadisə Materials 14 Oktyabr 2015 00:45 (UTC +04:00)
Gəncədə baş verən avtomobil qəzası nəticəsində iki nəfər yaralanıb.
Gəncədə avtomobil qəzası baş verib, iki nəfər yaralanıb (YENİLƏNİB)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Gəncədə baş verən avtomobil qəzası nəticəsində iki nəfər yaralanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Gəncə şəhər sakinləri 22 yaşlı Araz Dursunov və 24 yaşlı Zöhrab Musayev Mersedes markalı avtomobili yolun kənarın da təmir edərkən əks istiqamətdə hərəkət edən VAZ 21011 markalı avtomobilin sürücüsü qəfildən dönmə əməliyyatı edərək onları vurub.

Yaralılar dərhal Gəncə şəhər TTYX-nın travmotologiya şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və vəziyyətləri kafidir. Faktla bağlı Gəncə şəhər Baş Polis idarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti