Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda qadının çantasını soyan şəxs saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, soyunçuluq hadisəsi Xəzər rayonunda qeydə alınıb.
Oktyabrın 14-də gecə saatlarında Şağan qəsəbəsində Salyan rayon sakini Gülnar Nəzərovanın, içərisində 200 manat və mobil telefon olan əl çantası soyğunçuluq yolu ilə talanıb.
Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüqar İlqar oğlu Şükürov tutulub.