Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda yaşayış evindən silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Babayevin Bülbülə qəsəbəsində yaşadığı evinə baxış keçirilib.
Əməliyyat zamanı onun evindən nömrəsi pozulmuş "AK-74" silahı, 240 ədəd avtomat patronu və 20 ədəd patron darağı aşkar edilərək götürülüb.