...

Ağdamda ev yanıb

Hadisə Materials 30 Oktyabr 2015 09:50 (UTC +04:00)
Ağdamda yanğın hadisəsi baş verib.
Ağdamda ev yanıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Elmir Murad/

Ağdamda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata görə, yanğın hadisəsi rayonun Dörd yol-1 qəsəbəsində qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində evin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.

Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti