...

Gömrükçülər Azərbaycana metadon və tiryək keçirmək cəhdlərinin qarşısını alıb

Hadisə Materials 4 Noyabr 2015 15:02 (UTC +04:00)
Azərbaycana metadon və tiryək keçirmək cəhdlərinin qarşısı alınıb.
Gömrükçülər Azərbaycana metadon və tiryək keçirmək cəhdlərinin qarşısını alıb

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycana metadon və tiryək keçirmək cəhdlərinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə daxil olan məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Dəyanət Dəmirov gömrük nəzarətindən keçərkən onun çamadanındakı şampun qabında, məhlul formasında, ümumi təmiz çəkisi 0,7 qram təşkil edən narkotik maddə - metadon aşkar olunub.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda isə İrandan Azərbaycana gələn İran vətəndaşı Abdolı Mahmood Bahar Alının idarə etdiyi "Scania" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış zamanı avtobusun qabaq sol hissəsində, iki ədəd işlək akkumulyatorun arxa hissəsindəki boşluqda 1 ədəd bükümdə, xalis çəkisi 198,07 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti