...

“Toyota Land Cruiser” iki nəfərin həyatına son qoydu

Hadisə Materials 19 Noyabr 2015 12:50 (UTC +04:00)
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
“Toyota Land Cruiser” iki nəfərin həyatına son qoydu

Bakı. Elmir Murad - Trend:

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub. Nəticədə, hər iki piyada aldıqları xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti