...

Yevlaxda quldur dəstə zərərsizləşdirilib

Hadisə Materials 21 Noyabr 2015 13:59 (UTC +04:00)
Yevlax rayonunda quldurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.
Yevlaxda quldur dəstə zərərsizləşdirilib

Bakı. Samir Məmmədov Trend:

Yevlax rayonunda quldurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, noyabrın 18-də rayon sakini Elgün Cəfərov həmyerlisi Ruslan Abdullayevi bıçaqlayıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Cəfərzadə tutulub.

E.Cəfərzadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə məlum olub ki, noyabrın 18-də o, həmyerliləri Nadir Babayev, Çingiz Mahmudov və Elvin Şahverdiyevlə birgə Nazlı Bayramovanın yaşadığı evə açıq qalmış qapıdan giriblər. Daha sonra onu bıçaqla hədələyərək əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və qızıl əşyalar aparıblar.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə N.Babayev və Ç.Mahmudov da saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti