...

Bakıda dələduzluqla məşğul olan iki şəxs tutulub

Hadisə Materials 24 Noyabr 2015 12:23 (UTC +04:00)
Bakıda polis dələduzluqla məşğul olan şəxsi saxlayıb.
Bakıda dələduzluqla məşğul olan iki şəxs tutulub

Bakı. Elmir Murad - Trend:

Bakıda polis dələduzluqla məşğul olan şəxsi saxlayıb.

Bakı Şəhər Baş Polis İdaərsindən Trend-ə daxil olan məlumata görə, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və Polis Patrul Xidməti Bölmə əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1995-ci il təvəllüdlü Ağa Musayev tutulub. Dələduzluq edən digər şəxs də Xətai rayonu ərazisində tutulub.

Rayon Polis İdarəsi 36-cı Polis Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1994-cü il təvəllüdlü Ağaqulu Nağıyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti