Bakı. Samir Əli - Trend:
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Şamaxı şəhərində əməliyyat keçirilib.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, əməliyyat yanvarın 7-də keçirilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Naseh Seyidovdan "Brauninq 1900" markalı tapança götürülüb. Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq "TOZ-1" markalı ov tüfəngi və 17 ədəd patron aşkar edilərək götürülüb.