...

DİN Ağdaşda baş verən güllələnmə barədə məlumat yaydı

Hadisə Materials 8 Yanvar 2016 13:28 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi Ağdaşda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Trend-in Nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də Ağdaş rayonunun Hacılı kənd sakini Emin Həsənov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən qohumu Pünhan Həsənov qarın nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Ağdaş RPŞ əməkdaşları tərəfindən E.Həsənovdan "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti