...

Rusiyada axtarışda olan iki cinayətkar Azərbaycanda yaxalandı

Hadisə Materials 28 Yanvar 2016 13:06 (UTC +04:00)
Rusiyada axratışda olan iki nəfər Azərbaycanda saxlanılıb.
Rusiyada axtarışda olan iki cinayətkar Azərbaycanda yaxalandı

Bakı. Samir Əli - Trend:

Rusiyada axratışda olan iki nəfər Azərbaycanda saxlanılıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə axtarışda olan Seymur Əsgərov saxlanılıb.

Həmin gün Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Famil Cavadov da saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti