...

Bakıda top mərmisi tapılıb

Hadisə Materials 29 Yanvar 2016 17:41 (UTC +04:00)
Bakıda top mərmisi tapılıb.
Bakıda top mərmisi tapılıb

Bakı. Samir Əli - Trend:

Bakıda top mərmisi tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib və sursatın top mərmisi olduğu müəyyən edilib.

Mərmi xüsusi ayrılmış ərazidə zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti