Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu ərazisində 2 "VAZ" və "Dodge" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunmuşlar.
Nəticədə xilasedicilər "VAZ" markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.
Əməliyyat saat 19:45-də başa çatmışdır.