...

Dayanacaq nəzarətçisi Naxçıvan sakininin avtomobili ilə qəza törətdi

Hadisə Materials 13 Fevral 2016 12:33 (UTC +04:00)
Bakıda avtodayanacaq nəzarətçisi dayanacaqda olan başqa şəxsə məxsus avtomobillə qəza törədib.
Dayanacaq nəzarətçisi Naxçıvan sakininin avtomobili ilə qəza törətdi

Bakı. Samir Əli - Trend:

Bakıda avtodayanacaq nəzarətçisi dayanacaqda olan başqa şəxsə məxsus avtomobillə qəza törədib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, hadisə fevralın 12-də baş verib. Nəsimi rayonu ərazisində yaşayan Naxçıvan şəhər sakini Vüqar İbrahimov polisə müraciət edərək həmin gün ona məxsus "KİA" markalı avtomobilini Saleh adlı dayanacaq nəzarətçisinə verməsini və onun avtomobili qaçıraraq D.Əliyeva küçəsində ağaca vurmasını bildirib.

Nəsimi rayon Polis İdarəsi 22-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Füzuli rayon sakini Saleh Kərimov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti