...

Bakıda iki qardaşı qətlə yetirən şəxsə ömürlük cəza verildi

Hadisə Materials 22 Aprel 2016 15:58 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda iki qardaşı qətlə yetirən şəxsə ömürlük cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Z.Tərlanovun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Hadisə ötən il yanvarın 8-də Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib. Qəsəbə sakini Z.Tərlanov aralarında yaranmış mübahisə zəminində "Vinçester" markalı silahla Qaradağ rayonu Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilə hücum edərək avtomobildə olan qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarını qətlə yetirib və hadisə yerindən qaçıb. Cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti