Bakı. Trend:
Biləsuvar rayonunda vətəndaşlara məxsus "QAZEL" markalı yük avtomobili, "SEAT","PEUGEOT" və "MERSEDES" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nəticədə "PEUGEOT" markalı avtomobilin sürücüsü Abdullayev Kamal Müştabə oğlu sıxılıb qalmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyati üzrə təhvil verib.
Əməliyyat saat 14:03-də başa çatıb.