...

Abşeron rayonunda 2 nəfər quyuya düşərək ölüb

Hadisə Materials 2 İyun 2016 09:29
Abşeron rayonunda 2 nəfər quyuya düşərək ölüb.
Abşeron rayonunda 2 nəfər quyuya düşərək ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Abşeron rayonunda 2 nəfər quyuya düşərək ölüb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Əliyev Ümid Bəxtiyar oğlu və 1987-ci il təvəllüdlü Babayev Rahim Sahib oğlu dərinliyi 4 m olan su quyusunda vəfat ediblər. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:03-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti