...

Dələduza 10 il cəza verildi

Hadisə Materials 8 İyun 2016 15:13 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramiz Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Dələduza 10 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramiz Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Ağayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.

İttihama görə, R.Ağayev Bakıda bir neçə adamın etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti