...

Azyaşlı son anda ölümdən döndü (FOTO/VIDEO)

Hadisə Materials 1 İyul 2016 13:08 (UTC +04:00)
Siyəzən rayonunun Yenikənd kəndində yaşayan 12 yaşlı Balakişiyev Əliheydər Vüqar oğlu yelləncəkdə yellənərkən boğazına ip dolanıb.
Azyaşlı son anda ölümdən döndü (FOTO/VIDEO)

Bakı. Trend:

Siyəzən rayonunun Yenikənd kəndində yaşayan 12 yaşlı Balakişiyev Əliheydər Vüqar oğlu yelləncəkdə yellənərkən boğazına ip dolanıb. Xoşbəxtlikdən valideynlər hadisədən tez xəbər tutublar.

Trend Region TV-yə istinadən xəbər verir ki, azyaşlı dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.

Xəsarət alan Əliheydərin bibisi Xalidə Ağayeva hadisənin anidən baş verdiyini bildirib: “Uşaq oynayırmış. İp asılıb göydən. Elə-belə oynayarkən keçib boğazına. Çıxarda bilməyib. Bu zaman qardaşı görüb. Gedib anasını çağırıb. Anası gələnədək, bıçağı gətirənədək gec olub. Qonşular özlətini tez çatdıraraq götürüblər. Həmin vaxt uşaq halsız vəziyyətdə olub”.

Hazırda xəsarət alan azyaşlı reanimasiyadadır. Ə.Balakişiyevin vəziyyətinin ağır olduğu bildirilir. Bu səbəbdən hadisə ilə əlaqədar Səhiyyə Nazirliyinə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti