Bakı. Trend:
Şəmkirdə uşağı elektrik cərəyanı vurub.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, iyulun 8-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində yaşayan azyaşlı Oruc İsgəndərovu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Həmin gün Sabirabad rayonunun Nərimankənd kəndində rayon sakini Murtuzəli Musayev trasformatorda təmir işləri apararkən elektrik cərəyanı vurmasından ölüb.
Hər iki fakt üzrə araşdırma aparılır.