Bakı. Samir Əli - Trend:
Bakıda azyaşlı yelləncəkdə boğularaq ölüb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, azyaşlı Arzu Hacıyeva evlərinin həyətində oynayarkən yelləncəyin ipi boynuna dolandığından boğulub.
Araşdırma aparılır.