Bakı. Trend:
Gəncənin Nizami rayonu, Mirzə Fətəli Axundov küçəsində yaşayan şəhər sakini, 54 yaşlı Bulxar Zeynalova hücuma məruz qalıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, naməlum şəxs qadını bıçaqla hədələyərək 90 manat pulunu quldurluq yolu ilə ələ keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Gəncə şəhər sakini 33 yaşlı Vüqar Xəlilov saxlanılıb.