Bakı. Trend:
Bakıda internet klubda yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan internet klubun mətbəxində hava təmizləyici qurğu yanıb.
Mətbəx yanğından mühafizə olunub. Yanğın saat 06:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.