...

Balakəndə hərbi sursat tapılıb

Hadisə Materials 15 Avqust 2016 12:33 (UTC +04:00)
Balakən Gərəkli kəndi ərazisindən təlim üçün nəzərdə tutulmuş sursatlar tapılıb.
Balakəndə hərbi sursat tapılıb

Bakı. Trend:

Balakən Gərəkli kəndi ərazisindən təlim üçün nəzərdə tutulmuş sursatlar tapılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Balakən RPŞ əməkdaşları tərəfindən Gərəkli kəndi ərazisindən 2 ədəd tank əleyhinə mərmi, 6 ədəd qumbara, 3 ədəd “UZQRM” markalı partlayıcı, 4 ədəd patron və digər hərbi sursat tapılaraq DQBN-nin hərbi hissəsinə təhvil verilib (qeyd edilən hərbi sursatlar təlim üçün nəzərdə tutulub).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti