...

6 yaşlı uşaq dənizdə batdı

Hadisə Materials 19 Avqust 2016 17:31 (UTC +04:00)
6 yaşlı uşaq dənizdə batıb.
6 yaşlı uşaq dənizdə batdı

Bakı. Trend:

6 yaşlı uşaq dənizdə batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyini Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 metr sola nəzarətsiz ərazidə) dənizdə çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2010-cu il təvəllüdlü Fəraiz Xəraiz oğlu Mirzəyevin cəsədini sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 16:00-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti