Bakı. Trend:
Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 33 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.